Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.
BUTA.TV Aztimes.az-a istinadən xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq.
Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir. “Tarixin bir günü” verlişinin adı da dəyişiləcək.
Məlumata görə, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı.
“TƏBİB hər il baş həkimimizi dəyişir, amma mikroskopumuzun lampasını dəyişmir” - MÜSAHİBƏ
Qeyd edək ki, artıq məsələ ilə bağlı Audiovizual Şura məlumat yayıb. Məlumatda bildirilib ki, hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.
- Efirdən gedən Toliki bu xanım əvəz edəcək
- Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
- 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
- Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
- Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
- Toliklə Elgizin verilişinin bağlanmasının səbəbi - Rəsmi
- Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi
- Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır