Ötən gün Türkiyədə Sivas-Tokat yolunun Çamlıbel aşırımında iki yük maşını toqquşub.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar.
Onların həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
- Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
- Bu ərazilərə qar yağır
- Azərbaycanda güclü zəlzələ oldu
- Mart ayının havası: Bakıda 3 dərəcə şaxta...
- “Qanlı Ay” tutulması olacaq - Tarix
- Arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı çağırış
- Şamaxıdakı qətllə bağlı cinayət işi açıldı
- Rus ordusunda döyüşən Abbasov itkin düşdü - Foto