Xəbər verdiyimiz kimi, İsrail və ABŞ İrana 28 fevral səhər saatlarından hücuma başlayıb. Endirilən hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei və çox sayda yüksək vəzifəli rəsmi şəxs, o cümlədən ordu komandanlığından önəmli simalar və siyasətçilər ölüb.
BUTA.TV xəbər verir ki, İran ətrafında baş verənlərlə bağlı tanınmış ekstrasens Zirəddin Rzayev bir ay öncə proqnozlarını saytımıza açıqlamışdı.
Z.Rzayev “İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur” deyə açıq şəkildə bildirmişdi.
Bu öngörü təxminən bir ay fərqlə özünü doğrultdu. Əslində mart ayı yazın gəlişi olaraq qəbul edilir. Bu baxımdan Zirəddinin “yazın əvvəli” proqnozunda yanlışlığa yol vermədiyini də düşünmək olar.
Z.Rzayev İrandakı mövcud hakimiyyətin 2026-27-ci ildə dəyişəcəyi ehtimalını da irəli sürüb. ABŞ və İsrailin İrana zərbələrində elan etdikləri hədəfi nəzərə alsaq, bu kəhanət də doğrula bilər.
Buna baxmayaraq, ekstrasens Əli Xamenei haqqında “öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm” demişdi. Halbuki Xameneinin 28 fevralda İsrail və ABŞ zərbələri nəticəsində öldüyü bildirilir.
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır