Füzulinin mərkəzində neçə ailə yaşayır?

19:38 - 27 Fevral 2026 - GÜNDƏM

 Füzulinin mərkəzində neçə ailə yaşayır?

Füzuli şəhərinin mərkəzində - Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 3 min 169 nəfərdən ibarət 825 ailə məskunlaşıb.

BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov deyib.

Onun sözlərinə görə, Füzuli şəhərində 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət binalar inşa edilib:

"Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli və Dövlətyarlı kəndlərində tikinti işlərinə başlanılıb. Tikintinin ilk mərhələsində Dövlətyarlı kəndində 450 fərdi ev, Pirəhmədli kəndində isə 255 fərdi evin inşası planlaşdırılır. Eləcə də bu kəndlərdə məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də inşa olunacaq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol