Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?

14:22 - 28 Fevral 2026 - GÜNDƏM

 Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?

Yük nəqliyyat vasitələrinin İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.

BUTA.TV xəbər verir ki, bu barədə Reporta-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir.

"Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol