Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.
BUTA.TV xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi bildirilib.
Qeyd olunub ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir. Bank kartına dair məlumatlar, o cümlədən PİN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
"Eyni zamanda Vatsap tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək Vatsap vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır. Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən "texniki dəstək" adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir", - müraciətdə vurğulanıb.
- Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş etdi
- Təl-Əvivə uçan təyyarə Bakıya geri qayıtdı
- Bu ərazilərə qar yağır
- Bakıda yolların kənarındakı köşklər yığışdırılır? - Video
- İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL
- İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili
- Vatsapdan gələn zənglər... – DİN-dən xəbərdarlıq
- İsmayıllıda 3 maşın toqquşdu: ölənlər var - Foto