General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video

07:00 - 28 Fevral 2026 - GÜNDƏM

 General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video

Vətən müharibəsi zamanı, 2020-ci il noyabrın 5-i ordumuzun birinci kəşfiyyat qrupu Şuşaya daxil oldu. Şuşaya daxil olan mayor rütbəli zabit mənim əsgərim olub. O, həmin gün mənə zəng edib dedi: “Komandir, çiyinlərinizdən ağır yükü götürdük”.

BUTA.TV xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov deyib.

“Cıdır düzü istiqamətində Yuri Qaqarin adına düşərgə var idi. Döyüşlərdə olduğum zaman qərargahım orada yerləşirdi. Elə bayrağı da oraya sancmışdılar. 8 noyabrda isə qüvvələrimiz Şuşaya daxil oldu.

Həmin gün qardaşlarım gəlib məni təbrik edib, nə qədər dözümlü olduğumu, ölkədən getmək əvəzinə qələbəni necə gözlədiyimi dedilər. Mən həmin Elbrus Orucovam”, - deyə o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol