Martın ilk günü hava necə olacaq?

14:16 - 28 Fevral 2026 - GÜNDƏM

 Martın ilk günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol