Prezident İlham Əliyev “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.16-1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 11.16-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “Büdcə məlumatlarını idarəetmə” altsistemi nəzərdə tutulur;
1.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin adında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.5. həmin Qanunun 4-1-ci maddəsinin adında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsistemi nəzərdə tutulur;
1.6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 3.9-cu maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I); 2024, № 7, maddə 788; 2025, № 2, maddə 109) 2.3-2-ci bəndində “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” sözləri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-rüsum” altsistemi” sözləri ilə əvəz edilsin.
4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); 2024, № 12 (II kitab), maddə 1363; 2025, № 1, maddə 24, № 8, maddə 751, № 12 (I kitab), maddə 1155) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “11.16-cı,” sözlərindən sonra “11.16-1-ci (hər iki halda),” sözləri əlavə edilsin;
4.2. 2.14-cü bəndə “(ikinci və üçüncü hallarda),” sözlərindən sonra “11.16-1-ci (birinci halda),” sözləri əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 2.19-1-ci bənd əlavə edilsin:
“2.19-1. həmin Qanunun 11.16-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “Büdcə məlumatlarını idarəetmə” altsistemi nəzərdə tutulur.”.
5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26, № 7, maddə 807; 2025, № 4 (I kitab), maddə 342) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə birinci halda “maddələrində,” sözündən sonra “4-1-ci maddəsinin adında,” sözləri əlavə edilsin;
5.2. 2.2-3-cü bənddən “4-1.1-ci maddəsinin birinci abzasında və” sözləri çıxarılsın;
5.3. aşağıdakı məzmunda 2.2-4-cü bənd əlavə edilsin:
“2.2-4. həmin Qanunun 4-1-ci maddəsinin adında və 4-1.1-ci maddəsinin birinci abzasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsistemi nəzərdə tutulur;”.
6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1108) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.1-ci bəndə “3.7-ci,” sözlərindən sonra “3.9-cu,” sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 1.14-1-ci bənd əlavə edilsin:
“1.14-1. həmin Qanunun 3.9-cu maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi nəzərdə tutulur;”.
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt
- Moped sürücülərinin nəzərinə: Martın 26-dan...
- Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
- Prezident fərman imzaladı