FHN DOST Agentliyində təlim keçirdi - Video

17:24 - 4 Mart 2026 - GÜNDƏM

 FHN DOST Agentliyində təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının da cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları yanğın zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Daha sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər operativ qaydada “hadisə” yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, əməkdaşların təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol