Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Həmçinin iclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında Bakının Binəqədi rayonunda baş verib.
İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəmnində bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.
Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham olunur.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu