İnnovasiya lideri “Bakcell” xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bütün xanımları təbrik edərək bildirib:
“Media sahəsində çalışan xanımların hər biri özünəməxsus baxışa, üsluba və səsə malikdir. Bu fərqlilik müasir medianı daha zəngin və rəngarəng edir. Bugünkü görüşümüzün ideyasını da məhz bu fərdilikdən ilhamlanaraq qurduq. Hər bir jurnalistin cəmiyyətdə özünəməxsus izi və təsiri olduğuna inanırıq”.
Tədbir çərçivəsində xanım jurnalistlər üçün parfümeriya üzrə master-klass təşkil olunub. İştirakçılar ətir harmoniyası, fərdi qoxu kompozisiyasının yaradılması və parfümün hazırlanma mərhələləri ilə tanış olub, öz zövqlərinə uyğun unikal ətirlər hazırlayıblar.
Qeyd edək ki, “Bakcell”yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
“Bakcell” haqqında
“Bakcell”Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər