Məşhur futbolçu Lionel Messi və onun "İnter Mayami" komanda yoldaşları klubun MLS Kubokundakı qələbəsini qeyd etmək üçün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüblər.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Oğlum Barron dedi ki, ata, bu gün orada kimin olacağını bilirsən? Mən dedim ki, xeyr, çoxlu işlərim var. Oğlum dedi: “Messi! O, sənin böyük fanatındır. O, səni əla insan hesab edir və düşünürəm ki, onunla görüşməlisən”.
Dünyanın istənilən yerinə, komandasına gedə bilərdin və Mayamini seçdin. Hamımızı bu səyahətə çıxardığın üçün sənə təşəkkür etmək istəyirəm.
Bunu yaşlı olduğum üçün deməməliyəm, amma Pelenin oyununu izləyirdim. Bilmirəm, sən Peledən daha yaxşı ola bilərsən, ya yox. Pele olduqca yaxşı idi”, - Tramp üzünü Messiyə tutaraq deyib.
Görüşün sonunda Messi Trampa imzalı top hədiyyə edib.
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı
- Dövlətə xəyanət edən 4 nəfərə hökm oxundu
- FHN Xocalıda maarifləndirmə tədbirləri keçirdi - Video
- DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
- Bir vəkil kollegiyadan xaric edildi, üçü cərimələndi