Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə K. Əsədov yenidən hakimə müraciət edərək ev dustlağına buraxılmasını istəyib.
O, səhhətində ciddi problem yarandığını, saxlanma şəraitindən onu qane etmədiyini, həyatının təhlükədə olmasını əsas gətirib. Həmçinin azyaşlı uşağının autizim xəstəsi olduğunu yenidən bildirib. Onun vəkilləri də bənzər məzmunda çıxış ediblər. Məhkəmə prosesi bitənədək Kamran Əsədovun digər alternativ cəza kimi ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.
Vəsatət təmin edilməyib.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
Daha sonra şahidlərin dindirilməsinə başlanılıb.
Kamran Əsədov növbəti vəsatətlə çıxış edib, şahidlərin cavab kartlarının qrafik təsvirlərini istəyib. Lakin DİM-in nümayəndəsi abituriyentlərin şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğunu deyib.
Növbəti məhkəmə prosesi 9 aprel saat 15:00-a təyin olunub.
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...
- BTQ beynəlxalq konfrans keçirdi - Foto
- Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
- Deputat bahalaşmadan gileyləndi