Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.
BUTA.TV Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.
Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub.
Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...
- BTQ beynəlxalq konfrans keçirdi - Foto
- Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
- Deputat bahalaşmadan gileyləndi