Gender bərabərliyinin təşviqi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən "Azercell" bu dəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığı ilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşı qismində çıxış edir.
Festival Azərbaycanda qadın rəssamlar üçün təhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənət və mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfə vermək məqsədi daşıyır.
Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.
Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
Tədbirdə çıxış edən "Azercell"in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin qadınların inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib:
“Qadınların ictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzun illərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, milli mədəni dəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verəcək”.
Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalı qadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəni əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxış edir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştirak etməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformaya çevirir. Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərə təqdim olunub.
Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞA Holding-in, Niderland Krallığının və İspaniya Krallığının Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir.
“Her Art in Action” festivalı haqqında ətraflı məlumatla https://herartinaction.com/ saytında tanış ola bilərsiniz.
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...
- BTQ beynəlxalq konfrans keçirdi - Foto
- Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
- Deputat bahalaşmadan gileyləndi