Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər.
Kurs müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub.
Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq