Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.
Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı
- Bu rayonlara qar yağdı – Faktiki hava