Xətai İH iftar süfrəsi qurdu - Foto

12:28 - 17 Mart 2026 - GÜNDƏM

 Xətai İH iftar süfrəsi qurdu - Foto

16.03.2026-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə “Mala Praga” restoranında iftar süfrəsi təşkil olunub.

BUTA.TV xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Mixail Zabelin, Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müqəddəs Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəylik, mərhəmət və xeyirxahlıq kimi ali keyfiyyətlərin təbliğində bu ayın xüsusi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ramazan ayı insanları birliyə, qarşılıqlı hörmətə və yardımlaşmaya çağıran müqəddəs bir dövrdür.

Eyni zamanda, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılandığı vurğulanıb.

İftar süfrəsində müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol