Bakının Tiflis prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.
Bu barədə BUTA.TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq.
Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.
Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində nizamlanmayan hərəkət qaydası ləğv ediləcək, hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq, nəqliyyatın buraxıcılıq qabiliyyəti artırılacaq, piyadaların təhlükəsiz hərəkəti təmin olunacaq.
Layihə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və Bakı-Sumqayıt dəhlizi üzrə icra olunan işlərdən biridir.
- Saleh Səmədovun həbs müddəti uzadıldı
- Deputat Xocalıya köçdü
- Azərbaycanda bu idarələr ləğv olunur
- Mövlam Şıxəliyevin pensiyası da kəsildi
- Sabahdan 11 günlük bayram tətili başlayır
- Onların maaşına əlavələr ləğv edildi, baza hissəsi artırıldı
- Bu kredit “gəl-gəl” deyir! – "Expressbank"dan təklif
- Nə Keçəl üçün müraciət var, nə də Kosa...