Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi

14:18 - 18 Mart 2026 - GÜNDƏM

 Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi

Yaxın Şərqdə qarşıdurmanın gərginləşməsi fonunda İran tərəfindən Hörmüz boğazının bloklanması “AZCON Holding”ə daxil olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyətinə təsir göstərməyib.

BUTA.TV xəbər verir ki, bu barədə ASCO-dan APA-ya bildirilib.

ASCO-dan qeyd olunub ki, şirkətin Hörmüz boğazı ərazisində heç bir gəmisi olmadığından yaranan vəziyyət ASCO-nun fəaliyyətinə təsir etməyib.

“Bizim həmin ərazidə gəmimiz yoxdur”, - ASCO-dan vurğulanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bayram günlərində bu banklar işləyəcək

Qeyd edək ki, Hörmüz Boğazı - Fars Körfəzi ilə Oman Körfəzi arasında strateji əhəmiyyətə malik dəniz marşrutudur, dünya neft və mayeləşdirilmiş təbii qaz tədarüklərinin əhəmiyyətli hissəsi buradan keçir.

2026-cı ilin fevral ayının sonundan etibarən Yaxın Şərqdə qarşıdurmanın gərginləşməsi və ABŞ-la İsrailin İrana hərbi zərbələri fonunda Tehran gəmilərin Hörmüz boğazından keçidini məhdudlaşdırmağa başlayıb, bu isə boğaz üzərindən ticarət daşımalarının faktiki dayandırılmasına səbəb olub.

Qeyd olunanlar gəmilərin hərəkətində ciddi fasilələrə, gəmilər üçün sığorta tariflərinin artmasına və enerji daşıyıcılarının tədarükündə yaranan narahatlıqlar nəticəsində dünya bazarında neft və qaz qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol