İrana növbəti humanitar yardım yola salınır

09:16 - 18 Mart 2026 - GÜNDƏM

 İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

BUTA.TV xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bayram günlərində bu banklar işləyəcək

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol