Bu gün Azərbaycanda Novruz bayramıdır.
BUTA.TV xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
- Gəncədə partlayış: xəsarət alan var
- Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapıldı
- Sabah hava necə olacaq?
- Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz yoxdur - Səbəb
- XTQ döyüşçüsü qəzada öldü
- Bu əraziyə qar yağdı