Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulda Türk dünyası Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evi təmir və yenidənqurmadan sonra təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.
Bu barədə BUTA.TV-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, dövlət nümayəndələri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, İstanbulda yerləşən “Türk Dünyası Mədəniyyət Məhəlləsi” açıq hava muzeyində də türkdilli xalqların mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş olunur.
- Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident
- İlham Əliyev Şamaxıda səfərdədir - Foto
- Azərbaycanlı gənc ABŞ-da itkin düşdü - Foto
- Tanınmış fotoqrafın evində yanğın oldu - Video
- Azərbaycanda oğul anasını öldürdü
- "Milli namus məsələsi" - Sənədli film
- Namiq villasını nümayiş etdirdi - Video
- Qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar da olub...