Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video

16:36 - 1 Aprel 2026 - GÜNDƏM

 Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video

Bakının Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gündən elektron siqaretlər qadağan olundu

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol