Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 5-nin müalicəsi davam etdirilir.
Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən BUTA.TV-a bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfəri vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.
- "Bona Dea" ilə bağlı şok fakt
- AMB-nin vəzifəli şəxsi işdən çıxdı
- Bu şəhərdə pensiyalar ödənildi - Rəsmi
- Ceyhun Salmanovun həbs müddəti uzadıldı
- Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
- Sabah 23 dərəcə isti olacaq
- Ehtiram Quliyevi ağır cəza gözləyir