“Arsenal”ın və Uels millisinin əfsanəvi sabiq futbolçu Aaron Remzi futbolçu karyerasını başa vurub.
BUTA.TV xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra karyeramı bitirməyə qərar verdim. İlk növbədə Uels millisinə təşəkkür edirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu yolda işlədiyim bütün məşqçilərə və personal üzvlərinə minnətdaram.
Azarkeşlərə müraciət edirəm: siz həm çətin, həm də xoş günlərdə yanımda oldunuz. Birlikdə enişlərdən və yüksəlişlərdən keçdik və siz uğurlarımızın ayrılmaz hissəsi oldunuz. Sizə təşəkkür etməyə söz tapmıram. Karyeram boyunca çıxış etdiyim bütün klublara da təşəkkür edirəm. Mənə bu səviyyədə oynamaq imkanı yaratdığınız üçün minnətdaram" - deyə, o, açıqlamasında qeyd edib.
Qeyd edək ki, Aaron Remzinin son klubu Meksikanın “Pumas” komandası olub. O, karyerası ərzində həmçinin İtaliyanın “Yuventus”, Fransanın “Nitsa” və Uelsin “Kardiff” klublarında çıxış edib.
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək