Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi

13:26 - 9 Aprel 2026 - GÜNDƏM

 Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində və İstedad liseyində nümunəvi mülki müdafiə məşqi keçirilib.

FHN-dən BUTA.TV-a verilən məlumata göeə, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Praktiki hissədə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə yenə zəlzələ oldu

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol