Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bunu Yeni Sabah-a cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır:
"Dövlət komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir".
Şöbə müdiri deyib ki, hüquq-mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb, araşdırmalar aparılır:
"Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İctimaiyyət də bu barədə məlumatlandırılacaq. Eyni zamanda, uşaqların sağlamlığı və sosial təminatı ilə bağlı bütün zəruri tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilir. Bu prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən komissiya və digər aidiyyəti qurumlar cəlb olunub", - E.Səfərov vurğulayıb.
Dövlət müəssisəsinə yerləşdirilən uşaqlar Sumqayıt Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsində müalicə olunurdular.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Zəhərlənən uşaqlardan biri aprelin 3-də ölüb.
Xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov körpə övladının dəfni zamanı Tiktokda canlı yayım açıb, cənazəni qucağına alaraq videolar çəkib və bunları sosial şəbəkələrdə yayıb. Onun bu hərəkətləri cəmiyyətin qınağına səbəb olub.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı