Əbdülvahab Salamzadə küçəsindən sağa, Tiflis prospektinə qırmızı işıqda da dönmək mümkündür.
BUTA.TV xəbər verir ki, bu sözləri DJ Tural (Yusifov) Tiflis prospektində tətbiq olunan yeni nizamlanma ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.
“Bir çox sürücünün bundan xəbəri yoxdur və gəlib qırmızı işıqda dayanır. Amma bu yolda “yol verərək dönmək olar” işarəsi var. Yəni qırmızı işıqda yol verərək sağa dönmək olar. Bəziləri gəlir, sağa dönmək istədiyi halda qırmızıda dayanır. Düzdür, işarə çox yuxarıdadır. Ən məntiqlisi sağa dönmə seksiyasının qoyulması olardı. Əgər bu işarəni görürsünüzsə, dönməlisiniz”, - o qeyd edib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə