Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, regionda baş verən gərginliyin həcc ziyarətinin təşkilinə təsiri olmayacaq:
"Münaqişə qızışandan, gərginlik artandan bəri bir neçə ümrə ziyarəti təşkil etmişik, heç birində problem olmadı. Allahın izni ilə həcc ziyarəti də eyni qaydada həyata keçiriləcək. Zərurət yaranacağı təqdirdə alternativ marşrutlardan istifadə ediləcək".
O qeyd edib ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir:
"Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq. Müraciət edənlər arasında orta yaş üstünlük təşkil edir. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq".
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi