Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq

16:08 - 16 Aprel 2026 - GÜNDƏM

 Xəzərin geri çəkilməsi dayanır? - Ekoloq

Xəzərə daxil olan suların 80 faizdən çoxu Volqa çayının payına düşür. Bu isə onu göstərir ki, Volqa Xəzəri qidalandıran əsas mənbədir. Bu il Volqa hövzəsində yağıntılar normadan 2–2,1 dəfə çox olub. Qışda qar şəklində yağan bu yağıntılar yazda əriməklə Xəzərə əlavə su gətirib və bu, səviyyə azalmasını müvəqqəti zəiflədə bilər.

Bu sözləri BUTA.TV-a açıqlamasında ekoloq Rövşən Abbasov Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklərdən danışarkən deyib.

Onun sözlərinə görə, bu prosesin davamlı olub-olmaması gələcək iqlim şəraitindən asılıdır:

“Əgər bu cür yağıntılı qışlar uzunmüddətli xarakter alsa, məsələn 10–15 il davam etsə, Xəzərdə səviyyə azalması tendensiyası zəifləyə və hətta bəzi qurumuş ərazilərdə bərpa prosesi başlaya bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Bulud dağıdan toplardan niyə istifadə etmirik?

Ekspert əlavə edib ki, iqlim dəyişikliyi də Xəzərin səviyyəsinə ciddi təsir göstərir:

“İstixana effekti nəticəsində Xəzər hövzəsində buxarlanma getdikcə artır, bu isə Xəzərdə əsas su itkisidir. Bunun qarşısının alınması üçün uzaq ölkələrin Paris razılaşmasının müddəalarına tam əməl etməsi, atmosferə buraxılan istixana qazlarının azaldılması və temperatur artımının dayandırılması vacibdir. Lakin bu təsirlər uzunmüddətli xarakter daşıyır və nəticələrinin hiss olunması daha çox vaxt tələb edir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol