Mart və aprel ayında yağan intensiv yağıntılar nəticəsində Abşeron rayonunun bir sıra ərazilərində - Xırdalan, Masazır, Məmmədli, Hökməli və Aşağı Güzdək yaşayış məntəqələrində, göl ətrafı yaşayış məskənlərində, o cümlədən Saray kəndinin relyefcə çökək hissələrində yağış suyunun və qrunt sularının artması müşahidə edilib.
BUTA.TV xəbər verir ki, ilk günlərdən etibarən su kütləsinin təxirəsalınmadan idarə olunması, istiqamətləndirilməsi, kənarlaşdırılması və digər əhəmiyyətli tədbirlərin görülməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın nümayəndələri ilə birgə qərargah yaradılıb.
Görülən işlər çərçivəsində yüksək məhsuldarlıqlı nasos və suçəkmə qurğuları vasitəsilə ərazilərdən suyun fasiləsiz kənarlaşdırılması işi aparılıb, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron RİH-nin yerli qurumlarının birgə səyləri ilə ərazilərə əlavə nasos və texniki vasitələr cəlb edilərək suçəkmə işləri gücləndirilib. Ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq mobil nasos stansiyaları və pompalar vasitəsilə çirkab və yağış sularının ötürülməsi həyata keçirilib. Lilsoran və digər xüsusi texnikalar vasitəsilə kanalların, kollektorların və suötürücü xətlərin lil və tullantılardan təmizlənməsi həyata keçirilib. Eyni zamanda su kütləsinin çoxluğu nəzərə alınaraq müvəqqəti suötürücü xətlər və alternativ axın istiqamətləri yaradılaraq suyun sürətli uzaqlaşdırılması təmin edilib.
Bildiririk ki, normadan dəfələrlə artıq yağış suyunun düşməsi, hal-hazırda da ara-sıra yağışların yağması və bununla əlaqədar olaraq nasosxanaların gücləndirilmiş iş rejimində çalışdırılması səbəbindən bəzi nasosxanaların fəaliyyətində yaranmış müvəqqəti fasilələr səbəbindən rayonun bəzi hissələrində içməli suyun verilişində yaranmış məhdudiyyətlər operativ tədbirlər nəticəsində aradan qaldırılmış və içməli su təminatı qısa müddətdə əvvəlki rejimə qaytarılıb.
Hazırda relyef cəhətdən ən çökək ərazilərdə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, göl ətrafı ərazilərdə təmizlik işlərinin görülməsi həyata keçirilir. O cümlədən müraciətlər əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, zirzəmilərə dolan su kütləsinin tez bir zamandan çəkilməsi üçün əlavə nasoslar cəlb edilib. Artıq bir çox zirzəmilər tamamilə qurudularaq sakinlərin istifadəsinə verilib.
Bununla yanaşı bildiririk ki, hazırda da bu istiqamətdə həyata keçirilən fəaliyyət davam etdirilir və bundan sonra da lazimi addımlar atılacaqdır.
- 32 yaşında prorektor oldu
- 445 min manat mənimsəyən qadın Azərbaycana gətirilir
- Bakıda bu yollar təmir olunacaq
- Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı
- Abşeronda yağışın fəsadları aradan qaldırılır
- ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto
- Kamran Əsədovun məhkəməsi: 110 min dollar kimə verilib?
- Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur