Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
- Nazir əmr imzaladı: bu qurumlar birləşdirildi
- Lənkəranda torpaq sürüşməsi oldu - Foto
- 85 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakının mərkəzində peyda olan qeyri-adi işarə... - Foto
- Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez
- Alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
- Bu gün Başlıbel faciəsindən 33 il ötür
- Kartla ödəniş edənlərə pis xəbər - Video