Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
BUTA.TV xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:
"Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi".
Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.
"Mənim 500-dən çox göyçə ağacım var. Hər ağacda 1-2 kiloqram məhsul olar, ya olmaz. Keçən il buna nisbətən daha yaxşı idi. Bu il məhsulumuz həddindən artıq zəifdir", - deyə digər fermer bildirib.
Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.
Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:
"Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik".
Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.
- Nazir əmr imzaladı: bu qurumlar birləşdirildi
- Lənkəranda torpaq sürüşməsi oldu - Foto
- 85 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakının mərkəzində peyda olan qeyri-adi işarə... - Foto
- Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez
- Alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
- Bu gün Başlıbel faciəsindən 33 il ötür
- Kartla ödəniş edənlərə pis xəbər - Video