Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, onlara 1995-ci il təvəllüdlü A.A. və 1994-cü il təvəllüdlü S. Z. müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.
Təqsirləndirilən şəxslərin müvəqqəti yaşayış yerinə baxış keçirilib və satış məqsədilə hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları narkotiklərin qablaşdırılması və paylanması üçün istifadə olunan müxtəlif materiallar da aşkarlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 261-ci maddələrinin 3-cü hissəsinin "A" bəndi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı