Aprel ayı olmasına rəğmən, Azərbaycanın bir sıra bölgələrinə qar yağır. Paralel olaraq Bakıda güclü yağış müşahidə edilir.
Yaz aylarında qarın yağmasının səbəbi nədir? Apreldə Bakıya da qar yağa bilərmi?
BUTA.TV xəbər verir ki, ekoloq alim Telman Zeynalov Globalinfo-ya açıqlamasında yaxın günlərdə Bakıya qar yağmayacağını bildirib.
“Yer kürəsi öz oxunu 8 santimetr dəyişdirir. Bu da o deməkdir ki, iqlim qurşaqları tədricən yerlərini dəyişir. Belə olduqda yay ayları sentyabr-oktyabra keçir, qış isə bir qədər uzanır. Yəni təxminən bir aya yaxın temperatur dəyişiklikləri baş verir. Ona görə də iqlim daim belə dəyişkən olur”, - o deyib.
Ekoloq onu da əlavə edib ki, son dövrlərdə şimal tərəfdə buz dağları əriyir:
“Orada istilik artır, amma bəzi ərazilərdə hava soyuyur. İqlimdə baş verən dəyişikliklər havanın soyumasına gətirib çıxarır. Belə bir vəziyyətdə qarın təxminən aprelin sonuna qədər davam etməsi mümkündür:
Amma ola bilsin, yağmasın, çünki iqlim istiqamətini dəyişdirir. May ayında isə havanın sərin keçəcəyi gözlənilir”.
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü
- Metrodakı hadisəyə görə 2 nəfər... - TƏBİB
- Bu qurumlar çağrı mərkəzlərini yaratmalıdır – Qərar
- Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
- Aprelin pensiya ödənişləri yekunlaşdı
- Təhdid xarakterli paylaşım edən məktəbli saxlanıldı
- Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
- Texniki insident nəticəsində insan itkisi... - Açıqlama