Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”

12:54 - 20 Aprel 2026 - CƏMİYYƏT

 Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”

“Telekanallarla bağlı daha bir qərarın qəbul edilməsinə ehtiyac var: ortabab “manısların”, aşağı səviyyəli heyyətlərlə “canlı” toyxanaları da yığışdırılmalıdır efirdən. Səhər, günorta, axşam, bu qədər “Balam Eyy!” olmaz”.

“BUTA TV” xəbər verir ki, bunu müğənni Murad Arif bildirib. O, sosial media hesabında paylaşım edərək Audiovizual Şuraya səslənib:

“Ümumiyyətlə, kanallar format, janr, təmayül və profillərinə görə ayrılmalı və fərqlənməlidir. Əyləncə yalnız toyxana deyil. Musiqi yalnız “6-8” deyil. Klip saatları açılsın. Kliplər gerçək sənətçini, fərqli janrları, obrazları, rəngarəngliyi və musiqi sektorunu dirçəldir.

Gözəl bəstəkarlarımız sağ-salamatdır... Klip saatları olmayınca, bu mahnılar alınmayacaq, işlənməyəcək...

Hörmətli  Azərbaycan Respublikası Audiovizual Şurası, nəzərə alın”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol