“Telekanallarla bağlı daha bir qərarın qəbul edilməsinə ehtiyac var: ortabab “manısların”, aşağı səviyyəli heyyətlərlə “canlı” toyxanaları da yığışdırılmalıdır efirdən. Səhər, günorta, axşam, bu qədər “Balam Eyy!” olmaz”.
“BUTA TV” xəbər verir ki, bunu müğənni Murad Arif bildirib. O, sosial media hesabında paylaşım edərək Audiovizual Şuraya səslənib:
“Ümumiyyətlə, kanallar format, janr, təmayül və profillərinə görə ayrılmalı və fərqlənməlidir. Əyləncə yalnız toyxana deyil. Musiqi yalnız “6-8” deyil. Klip saatları açılsın. Kliplər gerçək sənətçini, fərqli janrları, obrazları, rəngarəngliyi və musiqi sektorunu dirçəldir.
Gözəl bəstəkarlarımız sağ-salamatdır... Klip saatları olmayınca, bu mahnılar alınmayacaq, işlənməyəcək...
Hörmətli Azərbaycan Respublikası Audiovizual Şurası, nəzərə alın”.
- Ukraynadan gətirilən toyuqlarda "salmonella" aşkarlandı - Foto
- ADY Xırdalan şagirdlərinə təlim keçdi
- Polad Həşimov küçəsində evlər sökülür? - Video
- “Azercell” eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
- Bakıda 100 min bina söküləcək? - Rəsmi
- AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir...
- Qızılağaclar kəsildi: saxlanılanlar var
- Bakıda məşhur şadlıq evi yandı