98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

11:04 - 20 Aprel 2026 - GÜNDƏM

 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin I rübündə 98,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, onlardan 36 min şəxs münasib işlərlə təmin olunub, 228 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

3,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 58,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol