"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT - OSJD) Dəmir Yolu Rəhbərləri Konfransının 40-cı iclasında iştirak edib.
Bu barədə BUTA.TV-a qurumdan məlumat verilib.
Bildirilib ki, iclasda DYƏT-ə üzv dövlətlər arasında beynəlxalq dəmir yolu daşımalarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.
İştirakçılar Avropa və Asiya arasında dəmir yolu daşımalarının genişləndirilməsi, bu sahədə əlaqələrin daha da gücləndirilməsi və tranzit imkanlarının artırılmasını əsas prioritetlərdən biri kimi qeyd ediblər.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Bununla yanaşı, beynəlxalq dəmir yolu daşımaları sahəsində razılaşdırılmış nəqliyyat siyasətinin formalaşdırılması, dəmir yolu nəqliyyatının fəaliyyət strategiyasının və DYƏT-in uzunmüddətli inkişaf strategiyasının hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşdə həmçinin beynəlxalq nəqliyyat hüququnun təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib. Bu çərçivədə SMPS (Beynəlxalq sərnişin daşımaları haqqında Saziş) və SMGS (Beynəlxalq dəmir yolu yük daşımaları haqqında Saziş), eləcə də digər hüquqi sənədlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, dəmir yolu nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılması məqsədilə yeni təşəbbüslərin hazırlanması və tətbiqi imkanları nəzərdən keçirilib.
İclas çərçivəsində dəmir yollarının istismarı və beynəlxalq daşımaların gələcək inkişafı ilə bağlı texniki məsələlər üzrə fəaliyyətin gücləndirilməsi, eləcə də dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən beynəlxalq və ixtisaslaşmış təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin davam etdirilməsinin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Sonda DYƏT-ə üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri tərəfindən müzakirələrin yekunu üzrə Konfransın protokolu imzalanıb.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı