Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi

13:38 - 29 Aprel 2026 - GÜNDƏM

 Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi

Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.

Faktla bağlı araşdırma davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol