Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü

13:50 - 29 Aprel 2026 - GÜNDƏM

 Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü

Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən avtomobil qəzasında 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sürücü hadisədən sonra gecə saatlarında polis tərəfindən ələ keçirilib.

Məlumata görə, 19 yaşlı sürücü Bolnisi bələdiyyəsinin Daşdıqullar kəndinin sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlib.

Xatırladaq ki, Gürcüstanda aprelin 28-də yerli vaxtla saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol