“Kontakt” mağazalar şəbəkəsi yeni ünvanlarda alıcılarına rahatlıq və sərfəli alış-veriş imkanı yaratmağa davam edir. Şəbəkə bu dəfə Xırdalan sakinlərini yeni mağazası ilə sevindirdi. Şəhərin mərkəzində yerləşən yeni mağazanın açılışı musiqili proqram, sürpriz hədiyyələr ilə gələn hər kəs üçün yaddaqalan olub.
Müasir konsepti ilə fəaliyyətə başlayan üçmərtəbəli yeni “Kontakt” mağazasında artıq ev və gündəlik ehtiyaclar üçün hər şeyi bir arada tapmaq mümkündür. Burada smartfon, notbuk və televizor kimi rəqəmsal məhsullardan tutmuş, böyük və kiçik məişət texnikasına, qab-qacaq, ev tekstili və hər növ mebellərə qədər minlərlə məhsul çeşidi təqdim olunur. Hətta, mağazada velosiped və skuterlər, müxtəlif eynək modellərini də tapmaq mümkündür. Bundan əlavə, mağazada Uşaq zonası da düşünülüb ki, ailəvi alış-verişlər daha rahat və əyləncəli olsun.
Açılış günündə ziyarətçilərin üzünü güldürən əsas məqamlardan biri də 60%-dək endirimlər olub. Üstəlik, burada endirimli qiyməti elə yerindəcə 24 ayadək bölüb hissəli ödənmək imkanı da yaradılıb. Qeyd edək ki, açılışa özəl kampaniya şərtləri yalnız mayın 6-dək qüvvədə olacaq.
Bu günlər ərzində Xırdalandakı yeni “Kontakt” mağazasından:
- 256 GB yaddaşa malik Xiaomi Redmi Note 15 smartfonunu 660 yox, 520 manata;
- 144 saatadək işləyə bilən Kieslect Balancer smart saatını 200 yox, 90 manata;
- 466 lt tutuma malik Hisense soyuducusunu 1700 yox, 900 manata;
- Quru, nəm və müxtəlif tip döşəmələri təmizləyən Xiaomi S40C robot tozsoranını 700 yox, sadəcə 290 manata;
- 11 parçadan ibarət alüminium örtüklü Schafer New Range qazan dəstini isə 500 yox, 220 manata ala bilərsiniz.
Hətta, indi mağazada öz seçdiyiniz qoşanı ataraq aldığınız məhsulun 100%-dək dəyərini geri ala, finalda böyük mükafatı – 100 000 AZN-dək uduşu qazana bilərsiniz.
Odur ki, siz də həm sərfəli alış-veriş etmək, həm də geniş məhsul seçimindən faydalanmaq üçün Xırdalanda Misir parkının yanında yerləşən yeni “Kontakt” mağazasına baş çəkə bilərsiniz.
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır