“Azercell Telekom” MMC qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək “Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir.
“Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Layihə əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək.
Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək. Belə ki, qadın iştirakçılar xalçaya ilmə vurmaqla bütöv əsərin formalaşmasında birbaşa iştirak edəcəklər.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Azercell Telekom” MMC bütün qadınları 2-3 may tarixlərində İçərişəhər ərazisində yerləşən Qoşa Qala meydanında keçiriləcək bu təşəbbüsə qoşulmağa dəvət edir. Qadın həmrəyliyini və birgə gücünü ön plana çıxaran xalçanın kəsim mərasiminin isə 3 may tarixində baş tutması planlaşdırılır.
Siz də öz ilmənizlə bu hekayənin bir parçasına çevrilin!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- "Azərsun Holdinq" cəmiyyətin təşviqinə dəstəyini davam etdirir
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir