Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir

10:56 - 1 May 2026 - GÜNDƏM

 Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir

TƏBİB-in yeni rəhbəri Anar Bayramovun kadr dəyişiklikləri davam edir.

BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, o direktorları işdən çıxarılan iki iri tibb müəssisəsinə yeni rəhbərlərin təyin olunması ilə bağlı qərar verib.

Məlumata görə, Yeni Klinikaya Zəhra Vəzirova, Abşeron Mərkəzi Xəstəxanasına isə Hacı Lətifov direktor təyin ediləcək. Bununla bağlı rəsmi qərar hələ açıqlanmayıb, lakin yaxın günlərdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, Zəhra Vəzirova hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışır. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Abşeron Mərkəzi Xəstəxanasına rəhbər gətiriləcəyi bildirilən ümumi cərrah Hacı Lətifov isə 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, daha sonra 1 nömrəli Şəhər Klinik Xəstəxanasında internatura keçib.

O, 1998-ci ildən etibarən Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərib, müxtəlif illərdə özəl tibb müəssisələrində çalışıb. Eyni zamanda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol