Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BUTA.TV komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO