Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video

16:16 - 2 May 2026 - GÜNDƏM

 Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, naməlum şəxs bir nəfərin cibindən pul, bank kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət göstərə bilmədiyi bildirilir.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən edilərək saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kirayədə yaşayanlara 300 manat cərimə

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol