1 may 2026-cı il tarixdə Xətai rayonunda Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən təltif olunmuş hərbçilərin mükafatlarının təqdimetmə mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, idarə rəisinin müavini Kamran Cəfərov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, eləcə də şəhid ailələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun şanlı Qələbəsindən, Vətən müharibəsində və Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlardan söz açaraq, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, onların ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Daha sonra təltifetmə mərasimi keçirilib. Ehtiyatda olan polkovnik-leytenant Ələkbərov Rasim Vahidoviçə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub. Həmçinin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Niftalılı Rəşad Şakir oğlu və Əzizzadə Xaliq Həsən oğlunun “Vətən uğrunda” medalları onların ailə üzvlərinə təqdim edilib.
Şəhid ailələrinin üzvləri çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, şəhidlərin xatirəsinin belə ehtiramla yad olunması onların ailələri üçün böyük mənəvi təsəllidir.
Tədbirin sonunda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların Vətən uğrunda göstərdikləri şücaətin heç zaman unudulmayacağı bildirilib.
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi