Azərbaycanda bu qurum ləğv edildi

19:44 - 5 May 2026 - GÜNDƏM

 Azərbaycanda bu qurum ləğv edildi

“Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” ASC ləğv edilib.

BUTA.TV Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Ədliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, qurumun ləğv edilməsi ilə bağlı qərar aprelin 29-dan qüvvəyə minib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol